ağzı yoxlamaq

bax ağzı aramaq
ağzı yanmaq
ağzıboş
OBASTAN VİKİ
Həqiqətin ağzı
== Məzmunu və tarixçəsi == "Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.
Börgin Ağzı yaşayış yeri
Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.